AZ

Millimiz UEFA İnkişaf Turnirində iştirak edəcək

17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandasının aprelin 9-dan 12-dək Bakıda təlim-məşq toplanışı olacaq.

İdmanxeber.az xəbər verir ki, millimiz aprelin 13-dən 20-dək Moldovanın paytaxtı Kişineuda UEFA İnkişaf Turnirində iştirak edəcək. U-17 turnirdə Moldova, Gürcüstan və Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq.

Bakıda baş tutacaq təlim-məşq toplanışına dəvət alan futbolçuların siyahısı və UEFA İnkişaf Turnirindəki oyunların təqvimi ilə tanış ola bilərsiniz:

 

14 aprel
15:30. Moldova – Azərbaycan

“Zimbru” stadionu

16 aprel
12:00. Azərbaycan – Gürcüstan

Moldova Futbol Federasiyasının Texniki Mərkəzi

19 aprel
12:00. Estoniya – Azərbaycan

Moldova Futbol Federasiyasının Texniki Mərkəzi

Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Seçilən
195
11
idmanxeber.az

10Mənbələr