Azərbaycanda indiyədək 105 min 694 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
Cari ilin yanvar-mart aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 6 milyard 114,2 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 596,2 milyon manatdan, yaxud 10,8 faizdən çoxdur.