AZ

ABŞ İranı daha sərt sanksiyalarla hədələyib

ABŞ Tehranla nüvə proqramı üzrə razılaşmanın əldə olunmaması halında Tehrana qarşı daha sərt sanksiyalar tətbiq edəcək.

Azreform.info xəbər verir ki, bu barədə ABŞ-ın enerji naziri Kris Rayt bildirib.

“İrana qarşı çox sərt sanksiyalar gözləyirəm və ümid edirəm ki, bu, Tehranı nüvə proqramından imtina etməyə vadar edəcək”, – Rayt qeyd edib.

Onun sözlərinə görə, sanksiyaların sərtləşdirilməsi neft sektorunu da əhatə edə bilər.

Seçilən
234
10
azreform.info

10Mənbələr