AZ

Azərbaycan-Yaponiya Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi

Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiq edilib.
 
Moderator.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
 
Sərəncama əsasən, Dövlət Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilir:
 
Dövlət Komissiyasının sədri
 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) prezidenti
 
Dövlət Komissiyasının üzvləri
 
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru
 
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru
 
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti
 
Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyəti sədrinin müavini
 
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti
 
PAŞA Holdinqin Baş icraçı direktoru
 
NEQSOL Holdinqin Baş icraçı direktoru
 
Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri.
 
Bundan başqa, Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Dövlət Komissiyasının Katibliyi yaradılır və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilir.
 
Seçilən
82
23
moderator.az

10Mənbələr