AZ

“Xəyanət edən qadınlar ən çox xərçəngə tutulurlar”

"Azərbaycan qadını namusunu heç vaxt sevgilisinə, ərinə görə saxlayıb, qorumayıb. Xəyanət eləmək onun ruhunda, düşüncə tərzində belə yoxdur. Buna görə də səbəb axtarmır. Azərbaycan xanımı el-obasını, nəslini, atasını, babasını, qardaşlarını , bacılarını, qızını, oğlunu və s. göz önündə saxlayır". Bunu Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov facebook hesabında yazıb. “Milli adətlərimizə görə xəyanət edən qadının nə qızını, bacısını, bacı qızlarını alarlar, nə də oğluna qız verərlər. Milli düşüncəmizdə “qız bibisinə çəkər” və “anası çıxan ağacı, qızı budaq-budaq gəzər” ifadəsi var. Ana, bacı, qız, xanım, xatun, bikə, arvad məhvumlarının heç biri özündə xəyanət anlayışına yaxın da gəlmir. Qadın fiziologiyası, sağlamlığı da, bütün ilahi dinlərin qanunları da bunun əksinədir. Xəyanət edən qadınlar ən çox xərçəng və başqa xəstəliklərə tutulurlar. Təmizlik qadının özündəndir. Bu ya var, ya da yox...” - T.Əmiraslanov bildirib.

Seçilən
132
6
turanpress.com

7Mənbələr