Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Goranboy rayonunun Gülməmmədli və Ucar rayonunun Qazıqumlaq kəndlərində açıq ərazidə yanğın baş verməsi barədə məlumatlar daxil olub.
Bu barədə Viral.az-a nazirlikdən bildirilib.
Qeyd edilib ki, məlumatlarla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq olaraq Goranboy və Ucar rayon Yanğından Mühafizə hissələrinin qüvvələri əraziyə cəlb olunub.
Son Yazılar:
- Goranboy və Ucarda açıq ərazidə yanğın baş verdi
- Maşın hədiyyə edilməyib, yalan söhbətdir
- Bakıda kişini qətlə YETİRDİLƏR
Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğınlar genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.