AZ

Qanunvericiliyini pozan 502 əcnəbi Azərbaycandan kənara çıxarılıb

Bakı. Trend:

Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığıolmayan şəxslərin ölkədə olma, yaşama, işə cəlb olunma qaydaları vədigər müvafiq inzibati hüquqpozmalarla bağlı 2025-ci ilin 1-ci rübüərzində ümumilikdə 4366 qərar qəbul edilib.

Trend xəbərverir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Bildirilib ki, barəsində inzibati qərar qəbul edilənəcnəbilərdən 1954 nəfəriDövlət Miqrasiya Xidmətitərəfindəntənzimlənməyən miqrasiyaya qarşı keçirilmiş tədbirlərzamanı saxlanılıb. Onların ölkə ərazisində olma və yaşama hüququverən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyanedilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuzəmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrəyaşamadığı müəyyənləşdirilib.

Miqrasiya qanunvericiliyini pozan 502 əcnəbi AzərbaycanRespublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb vəölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb,digərlərinin ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi və yaölkəni könüllü tərk etmələri təmin olunub.

Bu dövrdə aparılmış araşdırmalar zamanı 5 halda əcnəbilərinmüxtəlif vədlərlə aldadılaraq ölkə ərazisinə gətirildikləri,gəldikdən sonra isə müəyyən məbləğdə ödəniş qarşılığında qanunsuzyollarla onlara ölkə ərazisində iş və müvəqqəti yaşamaq üçün icazəvəsiqələrinin alınmasına cəhdlər edildiyi müəyyən edilib. Həminhallar üzrə toplanmış sübutlar hüquqi qiymət verilməsi üçünaidiyyəti hüquq-mühafizə orqanına göndərilib.

Dövlət Miqrasiya Xidməti tərəfindən tənzimlənməyən miqrasiyayaqarşı tədbirlər fasiləsiz davam etdirilir.

Seçilən
173
4
az.trend.az

3Mənbələr