AZ

"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ

ABŞ Dövlət Departamentinin DV Lotereya səhifəsində açıqlanacaq 2025 "Green card" nəticələrinin tarixi açıqlanıb.

 

ABŞ Dövlət Departamentinin verdiyi açıqlamaya görə, DV-2025 "Green card" lotereyasının nəticələri 4 may 2025-ci ildə açıqlanacaq.

 

"Green card" lotereyasının nəticələrini öyrənmək üçün aşağıdakı addımları yerinə yetirə bilərsiniz:

 

1- Rəsmi "Green card" nəticə sorğu səhifəsinə keçin

 

https://dvprogram.state.gov ünvanına daxil olun.

 

2- Təsdiq nömrəsini daxil edin

 

Müraciət edərkən sizə verilən təsdiq nömrəsi ilə sistemə daxil olun.

 

3- Şəxsi məlumatlarınızı düzgün daxil edin

 

Nəticəni soyadınızı və doğum ilinizi düzgün daxil etməklə sorğulaya bilərsiniz.

 

4- Nəticə səhifəsini yoxlayın

 

"Seçildi" mesajını görsəniz, növbəti addımlara keçmək üçün təlimatları diqqətlə oxuyun./milli.az

Tarix: 14 Aprel 2025, 12:53   
Seçilən
101
14
pravda.az

10Mənbələr