AZ

Azərbaycan və Litva XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Azərbaycan və Litva Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Fariz Rzayev, Litva tərəfindən isə xarici işlər nazirinin müavini Yulius Praneviçius rəhbərlik edib.

Məlumatda həmçinin qeyd olunub ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər nazirinin müavini Yulius Praneviçius ilə görüşüb. Görüş çərçivəsində Azərbaycan-Litva ikitərəfli və çoxtərəfli münasibətləri, eləcə də regional və beynəlxalq vəziyyət müzakirə olunub.

İki ölkə arasında iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, humanitar sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğu qeyd edilib, bundan irəli gələn məsələlərin müzakirəsi baxımından siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub. Çoxtərəfli platformalar çərçivəsində tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Seçilən
150
13
aznews.az

10Mənbələr