AZ

Türkiyənin ticarət nazirinin müavini Qarabağda - FOTOLAR

AzVision.az xəbər verir ki, onlara şəhərdə aparılan işlər barədə geniş məlumat verilib. Sonra qonaqlarXankəndində Qarabağ Universiteti ilə tanış olublar.

Xankəndi şəhərində, Ağdərə və Xocalkı rayonlarında Prezidentin Xüsusi nümayəndəliyinin əməkdaşlarıonlara burda təhsil alan tələbələrin sayı barədə, görülmüş və görüləcək işlər haqqında məlumat veriblər. Qonaqlar Xankəndi şəhəri Zəfər medyanında da olub və burada aparılan tikinti- quruculuq işləri, yeni layihələrlə maraqlanıblar. Nümayəndə heyətini qarşılayan Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanovqonaqlara bildirib ki, işğaldan dərhal sonra Xankəndi şəhərində geniş tikinti quruculuq işlərinə start verilib.

Türkiyə Ticarət Nazirinin müavini Mustafa Tuzcu dabildirib ki,Türkiyə işğaldan azad edilən torpaqların bərpasında iştirak edəcək. ”Bizim şirkətlərimizin Qarabağa verəcəyi dəstək təkcə ticari-iqtisadi fəaliyyətlərdən ibarət deyil, bu bizim üçün həmdə bir məsuliyyətdir. Bizqardaş dövlət və millət olaraq əlimizdən gələni edəcəyik.”

AzVision.az

Qalereya


Seçilən
147
22
azvision.az

10Mənbələr