AZ

Macarıstan İrəvana 10 milyon avro ayrılmasını əngəllədi

Diplomatik mənbələrdən "Azatutyun"-a verilən məlumata görə, Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri bu gün Lüksemburqda keçirilən görüşdən sonra Ermənistan-Azərbaycan münasibətlərini müzakirə ediblər.

Əsas müzakirə mövzularından biri ötən ay Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallasın Aİ Şurasına təqdim etdiyi Avropa İttifaqı Sülh Fondundan Ermənistana 10 milyon avronun ayrılması təklifi olub. "Azatutyun" mənbələri xəbər verir ki,  Macarıstan altıncı həftədir ki, veto hüququndan istifadə edərək bu qərarı əngəlləyir.

Ötən il Aİ Ermənistana Sülh Fondundan 10 milyon avro ayırmaq məsələsini müzakirə etməyə başlayanda Budapeşt də analoji addım atmışdı. Həmin vaxt Budapeşt Azərbaycanın proqrama daxil edilməsini tələb edirdi.

“Bugünkü danışıqlardan sonra hələlik heç bir irəliləyiş əldə olunmayıb”, "Azatutyun" mənbələri bildirib.

Seçilən
105
1
anspress.com

2Mənbələr