AZ

Qadınlar arasında Yüksək Liqada yarımfinalın ikinci oyunları keçiriləcək

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin ikinci oyunlarına start veriləcək.

"Azərreyl" bu gün "Milli Aviasiya Akademiyası" ilə üz-üzə gələcək.

Bu komandaların ilk görüşündə "Azərreyl" 3:2 hesablı qələbə qazanmışdı.

"Gəncə" isə "Abşeron"la münasibətlərə aydınlıq gətirəcək. Yarımfinalın ilk matçında "Abşeron" rəqibini üstələmişdi - 3:1.

Qeyd edək ki, hər iki görüş Gənclər və idman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək. "Azərreyl" - "Milli Aviasiya Akademiyası" matçı saat 15:00-da, "Gəncə" - "Abşeron" görüşü isə 17:00-da başlayacaq.

Seçilən
75
50
cbcsport.az

10Mənbələr