Bakı. Trend:
Birinci vitse-prezident Mehriban Əliyevanın “Instagram”səhifəsində Prezident İlham Əliyev ilə “Sea Breeze” istirahətmərkəzinə səfərdən görüntülər paylaşılıb.
Qeyd edək ki, aprelin 18-də Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailəüzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyatakeçirilən və qarşıdakı dövrdə planlaşdırılan layihələrlə tanışolublar.
“Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarovəvvəlcə dövlətimizin başçısına və birinci xanıma “Sea Breeze”dəistismara verilmiş “Park Residences 2” layihəsi barədə məlumatverdi.
Bildirildi ki, bu layihə çərçivəsində 1260 mənzildən ibarətyeddimərtəbəli 10 bina tikilib. Sakinlərin rahatlığını təmin etməküçün burada müasir infrastruktur - hovuzlar, istirahət zonalarınəzərdə tutulub, həmçinin ərazidə geniş yaşıllaşdırılma işlərihəyata keçirilib. Ölkəmizdə keçirilən COP29 çərçivəsində “SeaBreeze” ümumilikdə 4 minə yaxın qonaq qəbul edib ki, onlardan daçoxu məhz “Park Residences 2” layihəsinin binalarında yerləşib.
Sonra Prezident İlham Əliyevə “Sea Breeze”in ümumi baş planı vəhəyata keçirilmiş layihələr barədə məlumat verildi. Qeyd olundu ki,kompleksin ərazisində indiyədək 500-dən artıq daşınmaz əmlakobyekti tikilib. İstirahət mərkəzində sakinlər və qonaqlar üçünyüksək səviyyədə rahat şərait yaratmaq, həmçinin onların asudəvaxtlarını səmərəli təşkil etmək məqsədilə açıq və qapalı hovuzlar,fitnes mərkəzləri, restoranlar, kafelər, uşaq və idmanmeydançaları, qaçış və velosiped yolları, fəvvarələr yaradılıb.Burada məktəb, uşaq bağçası və xəstəxana da var.