Londonda danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyəti ABŞ prezidenti Donald Trampın sülh planına məhəl qoymayaraq, diqqətini 30 günlük atəşkəsə yönəltməyi planlaşdırır...
Poliqon xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
Nəşrin mənbəsinin məlumatına görə, son 24 saat ərzində rəsmi Kiyev ABŞ prezidenti Donald Trampın təşəbbüsündən yayınaraq çərşənbə günü keçiriləcək görüşdə müvəqqəti atəşkəs rejimini müzakirə etməyə hazır olduğunu bildirib.
Cənab Trampın planına hərbi əməliyyatların dondurulması, Krımın Rusiya kimi tanınması, Ukraynanın NATO-dan imtinası və 2014-cü ildən bəri Rusiyaya qarşı tətəbiq edilən ABŞ sanksiyalarının ləğvi daxildir. Bunun müqabilində Ukrayna təhlükəsizlik zəmanəti, Dneprdə naviqasiya azadlığı və yenidənqurma işlərində yardım ala bilər.
Qeyd edək ki, bu gün, aprelin 23-də Londonda Ukrayna, ABŞ və Avropa nümayəndə heyətlərinin görüşü baş tutacaq. Londonda keçiriləcək danışıqların tərəflər arasında ötən həftə Parisdə başlayan danışıqların davamı olacağı gözlənilir. ABŞ-ni Ukrayna üzrə xüsusi elçi Keyt Kelloq təmsil edəcək. Ağ Evin dövlət katibi Marko Rubio “iş qrafiki” səbəbindən görüşdə iştirak etməyəcək.
Poliqon.info