AZ

“Ermənistan təşkilatı tərk etməyib” – KTMT-nin baş katibi


“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmayıb”.
Yeniavaz.com
xəbər verir ki, bunu jurnalistlərə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov beynəlxalq elmi-praktik konfransı çərçivəsində deyib.
“Ermənistan geri çəkilmədi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işində iştirakını dayandırdı. Onların getdiyini və ya gedəcəklərini demək düzgün deyil. Hər halda, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işində bundan sonra da iştirakı bu ölkənin, müstəqil, suveren dövlətin siyasi rəhbərliyinin qərarıdır. Onun qərarlarına hörmətlə yanaşırıq”, - baş katib deyib.
Seçilən
235
1
yeniavaz.com

10Mənbələr