AZ

Təyyarə dənizə düşüb, ölənlər var

Təyyarə

Tailandın Praçuab Kiri Xan əyaləti sahillərində kiçik təyyarənin dənizə düşməsi nəticəsində 6 polis əməkdaşı həlak olub.

Reyting.az
xəbər verir ki, kiçik polis təyyarəsi paraşüt təlimi öncəsi sınaq uçuşu üçün havaya qalxıb.

Yerli vaxtla saat 08:00 radələrində sınaq uçuşu zamanı "DHC-6-400 Twin Otter" model təyyarəsi Hua Hin hava limanı yaxınlığında dənizə düşüb.

Qəza zamanı təyyarədə olan 6 polis məmuru həyatını itirib.

Fotolarda təyyarənin dənizdən təxminən 100 metr aralıda, gövdəsi iki yerə bölünmüş halda görünür.

ELÇİN
Seçilən
257
3
reyting.az

9Mənbələr