AZ

Tramp Çin liderinin tariflərlə bağlı ona zəng etdiyini bildirdi

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin ona zəng edib.

 

Bu barədə o, “TIME” a müsahibəsində deyib.

 

Donald Tramp Çin liderinin tariflərlə bağlı onunla əlaqə saxladığını və administrasiyasının razılığa gəlmək üçün çinlilərlə aktiv danışıqlar apardığını bildirib: "Mən bunun onun adından zəiflik əlaməti olduğunu düşünmürəm”.

 

O, növbəti üç-dörd həftə ərzində tam sövdələşmələr cədvəlinin açıqlanacağını gözlədiyini bildirib.

 

Tramp hələ də tariflərin zəruri olduğuna əmin olduğunu vurğulayıb.

 

APA

Tarix: 25 Aprel 2025, 15:01   
Seçilən
86
6
pravda.az

7Mənbələr