Aktual.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "ABC Nyus”a müsahibəsində deyib.
"Onun arzusu bütün ölkəni ələ keçirmək idi. Düşünürəm ki, mənim sayəmdə o, bunu etməyəcək”, - Tramp qeyd edib.
Tramp Rusiya prezidentinə etibar edib-etməməsi ilə bağlı birbaşa suala cavab verməkdən yayınıb:
"Çox adama güvənmirəm, amma hesab edirəm ki, o, mənə hörmət edir və inanıram ki, mənə görə bütün Ukraynanı ələ keçirməyəcək, amma onun qərarı, seçimi bütün Ukraynanı ələ keçirmək olardı”.