Aktual.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş maliyyə naziri Canet Yellen deyib.
"Biz təmiz enerji texnologiyalarının istehsalında istifadə olunan kritik mineralların əksəriyyətində Çindən çox asılıyıq. Onlara böyük tariflər tətbiq etməklə, şans verilməli olan sənaye sahələri potensial olaraq məhdudlaşdırılır. Trampın digər ölkələrdən idxal olunan mallara tətbiq etdiyi tariflər ölkəni tənəzzül riski ilə üz-üzə qoyur və Amerika istehlakçıları və idxal mallarına arxalanan şirkətlərin rəqabət qabiliyyəti üçün son dərəcə mənfi nəticələrə səbəb olacaq”, - o bildirib.