AZ

Külək hasarı maşının üzərinə aşırdı - Sürücü öldü

14:33 02.05.2025
14:33 02.05.2025

Sumqayıtda külək hasarı aşırıb, ölən var.

Mynews.az xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisində qeydə alınıb.

1980-ci il təvəllüdlü Natiq Haqverdiyev hasarın kənarında ona məxsus 90-SL-568 dövlət nömrə nişanlı yük maşının saxlayan zaman güclü külək hasarı avtomobilin üzərinə aşırıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Seçilən
7
13
mynews.az

10Mənbələr