AZ

Tramp oval kabinetini sui-qəsd cəhdinə həsr olunmuş heykəllə bəzədib

ABŞ prezidenti Donald Tramp Oval kabineti ona uğursuz sui-qəsd cəhdinə həsr olunmuş heykəllə bəzədib.

Herbiand.az bildirir ki, bu barədə Fox News xəbər verib.

Heykəl prezidentin mətbuat qarşısında bir sıra fərmanlar imzaladığı zaman masasının yanında görünüb. O, 2024-cü ilin iyulunda bütün dünyada yayılan, güllə qulağına dəydikdən sonra zəfər üçün yumruğunu qaldıran Trampın şəklini canlandırır.

Qeyd edək ki, prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olan Donald Tramp 13 iyul 2024-cü ildə Pensilvaniya ştatının Batler yaxınlığındakı seçki kampaniyasında çıxış edən zaman sui-qəsdə məruz qalıb. O, sağ qulağının yuxarı hissəsindən güllə yarası alıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
2
11
herbiand.az

10Mənbələr