AZ

Britaniyanın Baş nazirinin evində yanğın olub

London, 12 may, AZƏRTAC

Britaniyanın Baş naziri Kir Starmerin Londonun şimalındakı evində yanğın baş verib.

AZƏRTAC “Daily Mail”ə istinadla xəbər verir ki, yanğın bu gün səhər saatlarında qeydə alınıb. Hadisə nəticəsində evin giriş qapısı zərər görüb. Bildirilib ki, yanğın zamanı xəsarət alan olmayıb və hadisə yerində polis kordonu hələ də qüvvədədir.

Verilən məlumata görə, yanğın qeydə alınan ünvan Kir Starmerin Baş nazir seçilməmişdən öncə həyat yoldaşı və övladları ilə birlikdə yaşadığı ev olub. O, seçkidə qələbə qazandıqdan sonra Baş nazirlərin rəsmi iqamətgahı olan “10 Downing Street”ə köçüb.

Polis baş vermiş yanğınla bağlı araşdırma aparır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
146
50
azertag.az

10Mənbələr