AZ

Paşinyan Azərbaycanla SÜLH SAZİŞİNİN vacibliyindən danışdı

Bu gün, 21:54

Albaniyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı çərçivəsində bu ölkənin baş naziri Edi Rama ilə görüş keçirib.
Tərəflər regionda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparıblar. Görüş zamanı əsas diqqət Azərbaycan-Ermənistan münasibətlərinə yönəlib.
Liderlər iki ölkə arasında sülh danışıqlarının davam etdirilməsinin və yekunda sülh sazişinin imzalanmasının Cənubi Qafqazda sabitlik və uzunmüddətli təhlükəsizlik baxımından vacib olduğunu bildiriblər.

Seçilən
0
50
Reportyor.tv

10Mənbələr