Xəzər rayonunda silsilə oğurluqlar edən şəxs saxlanılıb.
Ekologiya.az-a bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Xəzər rayonu ərazisində ayrı-ayrı 3 vətəndaşa məxsus yaşayış sahələrindən elektrik naqilləri, təmir, təsərrüfat alətləri oğurlanıb və nəticədə zərərçəkənlərə 2200 manatdan artıq maddi zərər vurulub.
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətmiş 47 yaşlı R.Sadıqov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta