Ajans.az xəbər verir ki, Bakıda, Heydər Əliyev prospektində Orxan Məmmədov Ələkbər oğluna məxsus 90 OY 015 dövlət nömrə nişanlı Porsche markalı avtomobillə Heydər Əliyev prospektində ağır qəza törədilib. O öz avtomobili ilə motosikletçini vurub.
Hadisə yerindən əldə edilən fotolardan göründüyü kimi motosiklet sürücüsü ağır yaralıdır. Qeyd edək ki, Orxan Məmmədov məşhur iş adamıdır.
Faktla bağlı araşdırma aparılır.