AZ

Baş Prokuror 3 ölkənin nümayəndə heyətləri ilə əməkdaşlığın dərinləşdirilməsi ətrafında fikir mübadiləsi aparıb (FOTO)

Bakı. Trend:

19–23 may tarixlərində Bakı şəhərində keçirilən BMT-ninKorrupsiyaya qarşı mübarizə aparan Hüquq Mühafizə OrqanlarınınQlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) Altıncı Plenar İclasıvə İdarəetmə Komitəsinin Onuncu Görüşü çərçivəsində, mayın 20-dəAzərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bir sıraölkələrin hüquq-mühafizə orqanlarını təmsil edən nümayəndəheyətləri ilə ikitərəfli görüşlər keçirib.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədəhəyata keçirilən hüquqi və institusional islahatlar, xüsusiləşəffaflıq, hesabatlılıq və korrupsiyaya qarşı mübarizə sahəsindəatılan məqsədyönlü addımlar beynəlxalq ictimaiyyət tərəfindənyüksək dəyərləndirilir. Bu kontekstdə Azərbaycan Prokurorluğubeynəlxalq əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübəmübadiləsinin təşviqi istiqamətində fəal siyasət həyatakeçirir.

Görüşlərdə Çex Respublikasının Təhlükəsizlik Qüvvələri BaşMüfəttişliyinin direktoru Vit Hendrix, Nepal Federativ DemokratikRespublikasının Səlahiyyətlərin Sui-istifadəsinin Araşdırılmasıüzrə Komissiyasının komissarı Hari Paudel və Liviya Dövlətininİnzibati Nəzarət Orqanının sədri Abdulla Qadirbohun iştirakediblər.

Baş prokuror Kamran Əliyev keçirilən görüşlərdə Prezident İlhamƏliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatların mahiyyətibarədə ətraflı məlumat verib, xüsusilə korrupsiyaya qarşı mübarizəsahəsində prokurorluq orqanlarının institusional fəaliyyəti, tətbiqedilən innovativ idarəetmə mexanizmləri və beynəlxalq tərəfdaşlıqtəşəbbüsləri barədə danışıb. O, həmçinin GlobE Şəbəkəsinintransmilli korrupsiya ilə mübarizədə mühüm beynəlxalq platformaolduğunu vurğulayaraq, Azərbaycanın bu əməkdaşlıq çərçivəsində dahafəal iştiraka maraqlı olduğunu bildirib.

Qonaqlar, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizəsahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək,xüsusilə hüquqi islahatların ardıcıllığı və prokurorluqorqanlarının fəaliyyətində müşahidə edilən inkişaf dinamikasınımüsbət nümunə kimi dəyərləndiriblər.

Görüşlər zamanı qarşılıqlı təcrübə və informasiya mübadiləsiningücləndirilməsi, hüquq-mühafizə orqanları arasında birbaşaəlaqələrin inkişafı və gələcək əməkdaşlığın dərinləşdirilməsiimkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

İkitərəfli danışıqlar, həmçinin regional və beynəlxalq səviyyədəbirgə təşəbbüslərin həyata keçirilməsi, o cümlədən qlobalantikorrupsiya səylərində birgə iştirakla bağlı məsələlərinmüzakirəsi ilə müşayiət olunub. Nümayəndə heyətləri AzərbaycanProkurorluğunun şəffaflıq, etik davranış və hesabatlılıqprinsiplərinin təşviqi sahəsində qazandığı nailiyyətlərə xüsusimaraq göstərərək, bu təcrübədən faydalanmaqda maraqlı olduqlarınıifadə ediblər.

Baş
Baş
Baş
Baş
Baş
Məqalədə:
Seçilən
58
13
az.trend.az

6Mənbələr