AZ

Şöbələr ləğv edildi - Nazirdən yeni təyinat

Bu gün, 12:42

Maliyyə naziri Sahil Babayev qurumda islahatlara start verib.
Maliyyə Nazirliyinin rayonlardakı şöbələri ləğv edilib və regional idarələr yaradılıb.
Nazirliyin Şimal bölgəsində - Qusar şəhərində Quba-Xaçmaz Regional Maliyyə idarəsi yaradılıb.
Quba, Şabran, Siyəzən, Xaçmaz və Qusar Maliyyə şöbələri ləğv edilərək Qusarda yerləşən regional idarədə birləşib.
Hazırda Quba-Xaçmaz Regional Maliyyə idarəsində təşkilati işlər görülür.
Kamran Əmirov Quba-Xaçmaz Regional Maliyyə idarəsinin rəis əvəzi təyin edilib, onun öz vəzifəsi isə qurumun rəis müavini postudur.

Seçilən
7
47
Reportyor.tv

10Mənbələr