AZ

Türkiyədə Qırğızıstan şirkətlərinin qeydiyyatı və sərmayəsi azalıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin yanvar - aprel ayında Türkiyədə Qırğızıstan kapitalı ilə 6 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 şirkət azdır.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qırğızıstan şirkətlərinin məcmu kapitalı 3 milyon 800 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 12 milyon 450 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - aprel ayında Qırğızıstan şirkətlərinin əksəriyyəti İstanbulda (6) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Qırğızıstan şirkətlərinin ümumi kapitalı 3 milyon 800 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2025-cü ilin yanvar - aprel ayında Türkiyədə Qırğızıstan kapitalı ilə 3 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Seçilən
65
5
turkic.world

10Mənbələr