AZ

Misirdə 3000 ildən çox yaşı olan qədim qəbirlər tapılıb

Misirin Luksor şəhərində Yeni Krallığın üç mühüm dövlət xadiminin (e.ə. 1539-1077) məzarları aşkar edilib.

Bu barədə Misirin Turizm və Qədim Əsərlər Nazirliyinə istinadən CNN telekanalı məlumat yayıb.

Turizm və Qədim Əsərlər Naziri Şerif Fethi tapıntının ölkənin arxeoloji qeydləri üçün əhəmiyyətli olduğunu söyləyib. Bildirilib ki, qəbirlərin içindəki yazılardan məzar sahiblərinin ad və rütbələrini müəyyən etmək olar. Təmizləməni başa çatdırmaq və obyektlər üzərində qalan yazıları yoxlamaq üçün vaxt lazımdır.

Nəşrin məlumatına görə, məzarlardan biri Ramses dövründən (19-cu və 20-ci sülalələr) Amun-em-İpet adlı şəxsə məxsusdur. Bu adam ya Amunun (tanrı) məbədində, ya da malikanəsində işləyirdi. Türbə kiçik həyətdən və qərb divarı uçmuş taxça ilə bitən kvadrat formada zaldan ibarətdir.

18-ci sülalədən başqa bir məzar anbardar olan Baki adlı bir şəxsə məxsus idi. Əsas girişə aparan bir neçə həyətdən ibarətdir. Orada dəfn çuxurunun olduğu da bildirilib.

Üçüncü məzar da 18-ci sülalə dövrünə aiddir və Es adlı şəxsə aiddir. Məlum oldu ki, bu adam müxtəlif vəzifələrdə, o cümlədən Amun məbədinin nəzarətçisi, şimal vahələrinin meri, katiblik edib. Onun qəbrinin də quyusu olan kiçik həyəti, ondan sonra əsas girişi və uzun zala açılan eninə zalı var.

//Gülnarə Abasova, Editor.az

Seçilən
77
12
editor.az

8Mənbələr