Avropa Gümüş Liqasında iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisi hazırlığın növbəti mərhələsini Gürcüstanda keçir.
Fanat.Az xəbər verir ki, Tbilisidə beş gün davam edəcək təlim-məşq toplanışı çərçivəsində komandamız yoxlama oyunlarında da qüvvəsini sınayacaq.
Qeyd edək ki, yığmamız Avropa Gümüş Liqasında ilk turun oyunlarını 6-8 iyun tarixlərində İsveçdə keçirəcək. İkinci turun qarşılaşmaları 13-15 iyunda Azərbaycanda, üçüncü tur isə 20-22 iyunda Farer adalarında təşkil olunacaq.
Avropa Gümüş Liqası (kişilər)
I turnir (İsveç)
06.06.2025
17:00 Azərbaycan - İsveç
07.06.2025
17:00 Gürcüstan - Azərbaycan
08.06.2025
17:00 İsveç – Gürcüstan
II turnir (Azərbaycan)
13.06.2025
18:00 Lüksemburq - Azərbaycan
14.06.2025
18:00 Macarıstan – Lüksemburq
15.06.2025
18:00 Azərbaycan - Macarıstan
III turnir (Farer adaları)
20.06.2025
19:00 Azərbaycan - Farer adaları
21.06.2025
17:00 Avstriya – Azərbaycan
22.06.2025
17:00 Farer adaları – Avstriya
Oyunların keçirilmə saatı yerli vaxtla göstərilib.