AZ

Polşadakı seçkilərdə Trampın barmağı olub: Mayın 1-də onunla görüşüb və...

Karol Navrotskinin Polşa prezident seçkilərində qələbə qazanmasında Amerika lideri Donald Tramp mühüm rol oynayıb.

Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Məlumata görə, Navrotski altı ay əvvəl çox az tanınırdı, lakin mayın 1-də Trampla görüş Polşa prezidenti postuna namizədə etimadın artmasında rol oynayıb.

Qeyd edək ki, Navrotski Polşada keçirilən prezident seçkilərinin ikinci turunda 51 faiz səslə qalib gəlib. Onun rəqibi Varşava meri Rafal Tşaskovski 49 faiz səs toplayıb.

"Politico" isə vurğulayıb ki, Navrotskinin qələbəsi baş nazir Donald Tuskun rəhbərlik etdiyi ölkə hökuməti üçün problem yarada bilər.

Seçilən
87
7
publika.az

10Mənbələr