“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Vətənpərvərlik mövzusunda yeni musiqi əsərinin hazırlanması” layihəsinin icrasına başlayıb.
Demedia.az-ın məlumatına görə, bu barədə layihə rəhbəri Şəmistan Əlizamanlı bildirib ki, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi olaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə əməkdaşlıq edirlər. Və bu günə kimi Agentliyin maliyyə dəstəyi ilə vətənpərvərlik mövzusunda bir çox layihələr həyata keçiriblər.