AZ

Müşfiq Hüseynov və Yassin Benzianın cəzası açıqlandı

“Qarabağ”la “Sabah” arasında keçirilən Azərbaycan Kubokunun final oyununda baş verən hadisələrlə bağlı AFFA İntizam Komitəsi cəzalarını açıqlayıb.

Msport.az xəbər verir ki, “Qarabağ” 4, “Sabah” isə 5 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.

120-ci dəqiqədə meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alan ağdamlıların məşqçisi Müşfiq Hüseynov 2 oyun cəzaya, klubu 1500 manat cəriməyə məruz qalıb. Həmin dəqiqədə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra onlara fiziki təzyiq göstərməyə cəhd göstərən “Qarabağ”ın futbolçusu Yassin Benzianın cəza müddəti 5 oyun olub. Ağdam klubu həm də 3000 manat cərimə olunub.

Görüşdə hər iki klubun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edib. Buna görə, klubların hərəsi daha 1500 manat xərc çəkməli olacaq.

Seçilən
69
44
msport.az

10Mənbələr