AZ

Traktor aşdı, ər-arvad öldü

Türkiyənin Sivas şəhərinin Suşehri rayonunda traktor aşıb. 

"Operativ Məlumat Mərkəzi-OMM"  xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, traktorun altında iki nəfər qalıb. 

Belə ki, Erence kəndində yaşayan ər-arvad dünən səhər saatlarında nömrəsi müəyyən edilə bilməyən traktorla odun yığmağa gediblər.

Onların kəndə qayıtmadığını görən yaxınları vəziyyəti jandarma və AFAD-a xəbər verib.

Axtarış zamanı yaşlı cütlüyün traktoru Kayın dərəsində aşmış vəziyyətdə tapılıb. Traktorun altında qalan cütlüyün hadisə yerində öldüyü müəyyən edilib.

Seçilən
253
5
operativmm.az

10Mənbələr