AZ

"Həmkarlar"ın bitməyən həmtay oyunları: 6 ilə 9-un yeri dəyişəndə nə dəyişdi ki?

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında baş verən ciddi qanun pozuntuları, özbaşınalıqlar, qohum, dost tanış idarəetməsi haqqında danışmazdan əvvəl, Həmkarlar nəyə lazımdır sualına 1 2 cümlə ilə cavab verməyə çalışacağıq.

Mia.az-ın məlumatına əsasən, Həmkarlar İttifaqları haqqında Qanuna əsasən, üzvlūyə qəbul və ya xaric olunma fərdi qaydada aparılır və üzvlūyə qəbul könüllülük prinsipi və ərizə əsasında ilk həmkarlar ittifaqi təşkilatı tərəfindən həyata keçirilir.

AHİK sədri Sahib Məmmədov az qala 1 ilə yaxındır bu qurumu siyasi qalmaqallar ocağına çevirmişdir. Bu müddət ərzində bütün təcrübəli həmkarlar işçilərini müxtəlif bəhanələrlə işdən uzaqlaşdıraraq, ancaq rəqəm

Konkret faktlarla deyək: bu günlərdə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin növdədənkənar seçkisi keçirilib. Gündəlikdə dayanan məsələ yeni sədrin seçilməsi olub. Ondan bir neçə gün əvvəl tələm-tələsik  AHİK Aparat rəhbərinin müavini Hikmət Nəbiyevi öz vəzifəsində qala qala, adı qeyd olunan Komitəyə müavin seçiblər. May ayının 16 sı  (tarix dəqiq olmaya bilər, 1-2 gün fərqlə ola bilər) yenidən seçki keçirilib və hazırkı sədr Hikmət Osmanovu işdən azad etmək barədə məsələni müzakirəyə qoyub.

Hikmət Nəbiyev yekdilliklə yeni sədr seçilib və dərhal Hikmət Osmanov müavin seçilib. Təsəvvür edirsiniz Hikmət müəllimlərin yeri dəyişdirilib. Hikmət Osmanov həmçinin Konfederasiyanın sədr müavini vəzifəsində qalmağa davam edir. SİZ BU BİABIRÇILIĞI, ÖZBAŞINALIĞI, 1 milyon ittifaq üzvünə həqarəti təsəvvür edirsiniz ?!

69 yaşlı Hikmət Osmanov istefaya gedirdisə, niyə yenidən  Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini vəzifəsinə seçilirdir? 

Hikmət Nəbiyev Aparat rəhbərinin müavini kimi qalıb, CƏNAB SƏDRİN gündəlik tapşırıq və göstərişlərini yerinə yetirəcəkdisə, niyə nəhəng bir Komitəyə sədr seçilirdi?!

MİA.AZ

Seçilən
92
7
mia.az

10Mənbələr