AZ

Mers Trampla qarşıdurmadan çəkinəcək– ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniya kansleri Fridrix Mers iyunun 5-də Vaşinqtonda keçiriləcək şəxsi görüş zamanı ABŞ prezidenti Donald Tramp ilə birbaşa mübahisələrdən çəkinməyi planlaşdırır. Bu barədə Bloomberg, kanslerə yaxın mənbələrə istinadən məlumat verib.

Mənbənin sözlərinə görə, Mersə Trampa söz vermək, onu yarımçıq kəsməmək və zəruri halda çıxış edərkən ABŞ liderinə komplimentlə başlamaq tövsiyə olunub.

Məlumatda deyilir ki, "koloritli və aqressiv çıxışları ilə tanınan Mers, daxili görüşlərdə Tramp ilə Zelenski kimi mübahisəyə girməyəcəyini açıq bildirib".

Görüşdə əsas mövzular Ukrayna, Yaxın Şərqdəki vəziyyət və ikitərəfli ticarət məsələləri olacaq.

Qeyd edək ki, "The Guardian" daha əvvəl yazmışdı ki, Mersin Almaniya ordusunu bərpa etməklə və Ukraynaya Taurus raketlərinin verilməsi ilə bağlı bəyanatları, eləcə də Ukraynada silah istehsalı planları reallıqla üst-üstə düşməyə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
253
13
olaylar.az

10Mənbələr