AZ

Fransada məsciddə Quranı yandıran şəxs həbs edildi

Fransanın Rhone departamentinin Villeurbanne şəhərində məscidə girərək Quran nüsxəsini yandıran şəxs yaxalanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

İyunun 2-də Villeurbanndakı Errahma məscidində müsəlmanlara qarşı etiraz aksiyasında şübhəli bilinən şəxs Lion şəhəri yaxınlığında saxlanılıb.

Lyon Prokurorluğu şübhəlinin psixoloji probleminin olduğunu açıqlayıb.

Qeyd edək ki, iyunun 2-də Villeurbanne şəhərindəki Ərrahma məscidində baş verən hadisədə səhər namazına 20 dəqiqə qalmış məscidə daxil olan şəxs Quranı yandırıb.

Yandırılmış Quran qalıqlarını məscidin qapısına qoyan şəxs hadisə yerindən qaçıb.

Seçilən
293
4
operativmm.az

10Mənbələr