Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bu ilin 11 aprel tarixində Maliyyə Nazirliyi tərəfindən ilk dəfə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi məqsədilə depozit hərracı keçirilib.
“APA-Economics”in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, indiyədək bu məqsədlə 5 depozit hərracı təşkil olunub və ümumilikdə 3 milyard manat vəsait banklarda depozit kimi yerləşdirilib.
Qeyd edək ki, həmin 5 depozit hərracında banklara yerləşdirilən vəsaitdən Maliyyə Nazirliyi ümumilikdə 29.3 milyon manat məbləğində faiz gəliri əldə edəcək.
if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>
Depozit hərracları
Depozitin məbləği
Depozitin müddəti
Orta çəkili faiz dərəcəsi
Faiz gəlirləri, mln. manat
11 aprel 2025-ci il
1 mlrd. manat
3 ay
7.21%
18.025
24 aprel 2025-ci il
500 mln. manat
32 gün
7.04%
3.086
21 may 2025-ci il
500 mln. manat
30 gün
6.8%
2.795
26 may 2025-ci il
500 mln. manat
30 gün
6.74%
2.771
03 iyun 2025-ci il
500 mln.manat
30 gün
6.42%
2.638

Əlavə edək ki, depozit hərraclarında orta çəkili faiz dərəcəsi 7.21%-dən, 6.42% səviyyəsinə enib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
