Finaldan sonra heç bir məşq olmadığı halda, futbolçu necə və harda zədələndi?
“Football-plus.az”ın sualına AFFA-nın departament rəhbəri Elnur Məmmədli və “Qarabağ”ın mətbuat katibi Anar Hacıyev cavab verdi.
Elnur Məmmədli:
“Dizindəki köhnə zədə onu narahat edir. Ona görə də milli düşərgəyə qoşula bilmədi. Qarşıdakı yoldaşlıq görüşlərində oynaya bilməyəcək”.
Anar Hacıyev: “Bədavinin dizində ödəm var. İkihəftəlik müalicə müddəti olacaq. Bu ağrılar ehtiyat oyunçular skamyasında oturanda da var idi. Bu zədə səbəbindən millinin düşərgəsinə qoşula bilməyəcək”.
MÜZƏFFƏR QULUZADƏ