AZ

BİZ BU MƏHSULLARI NİYƏ XARİCİ ÖLKƏLƏRDƏN ALMAĞA MƏCBURUQ?

Ölkəmizdə yüngül sənayenin zəif inkişaf etməsinin bir neçə əsas səbəbi var. Bunlar iqtisadi, sosial, texnoloji və idarəetmə amilləri ilə bağlıdır. Həmçinin buraya xammal və texnoloji baza çatışmazlığı, investisiya çatışmazlığı, ixtisaslı kadr çatışmazlığı, daxili bazarın məhdudluğu və idxal rəqabəti, idarəetmə və strateji planlaşdırma problemləri, logistika və infrastrukturun inkişaf səviyyəsi daxildir.


Ölkəmizdə yüngül sənaye niyə zəif inkişaf edir? Misal üçün daxili tələbatları ödəmək üçün ölkədə yağ, kağız istehsalı və gigiyenik vasitələrin istehsalı niyə azdır? Bu sahələrdə genişmiqyaslı istehsal üçün imkanlarımız varmı? Varsa nə üçün bu istiqamətdə uğur əldə olunmur?


Bu mövzuyla bağlı iqtisadçı ekspert Akif Nəsirli REFERANS-IN suallarını cavablandırıb. Akif Nəsirli bildirib ki, yüngül sənaye geniş çeşidlərə malik sənaye növüdür və bunların xammalıda müxtəlif mənbələrdəndir. Məsələn, sadalanan yüngül sənaye məhsullarından kağızı qeyd edim ki, kağızın Azərbaycanda istehsalı mümkün deyil. Bəlkə də kağız qırıntılarından təkrar istehsalı təşkil etmək olar. Kiçik sexlər vasitəsilə təkrar istehsalı təşkil etmək mümkündür. Amma bizdə meşə, odun istehsalı o qədər deyil ki, Rusiya kimi, Çin kimi kağız istehsal edək. Yağ istehsalının mənbəyi kənd təsərrüfatına bağlıdır. Kənd təsərrüfatının inkişafını da görürük. Azərbaycan bu sahədə kifayət qədər geri qalır. Qaldı ki, gigiyenik vasitələrə deyə bilərik ki, Azərbaycanda gigiyenik vasitələr istehsal edilir. Hal-hazırda demək olar ki, gigiyenik vasitələrin böyük əksəriyyəti ölkənin daxilində istehsal olunur.




Daha sonra ekspert qeyd edib ki, yüngül sənayenin digər bölməsi parça, geyim istehsalıdır. Bunlarda ölkədə kifayət qədər keyfiyyətli pambıq istehsal edir. Azərbaycanda istehsal edilən pambıq ən aşağı keyfiyyətli pambıqdır. Ona görə də onun xammal kimi istifadəsi üçün yüksək texnologiyaya ehtiyac var. Yüksək texnologiyanı Azərbaycana gətirmək üçün investorların marağı olmalıdır. Yəqin ki, bu maraq hələ formalaşmayıb. Azərbaycanda istehsal edilən pambığın 99%-i ixrac edilir, əsasən də Türkiyəyə ixrac edilir. Səbəb isə o keyfiyyət də olan pambığı xammal kimi istifadə eləmək üçün hələki ölkəmizdə texnologiya mövcud deyil.


"Yəni müxtəlif səbəblərdən yüngül sənaye Azərbaycanda zəif inkişaf edib. Burada obyektiv və subyektiv səbəblər də var. Hər halda bu sənaye sahəsinin inkişafının qarşısını alan məsələlərdən biridə inhisarçılıqdır. Çünki ölkədə biznesə və istehsala başlamaq o qədər də asan məsələ deyil.


Ləman Xalıqova

Referans  

Seçilən
189
48
referans.az

10Mənbələr