BAKI, 6 iyun. TELEQRAF
İspaniya yığmasının futbolçusu Lamin Yamal braziliyalı futbolçu Peledən sonra 18 yaşına qədər Fransa yığmasına 3 qol vuran ilk oyunçudur.
Teleqraf xəbər verir ki, 17 yaşlı cinah oyunçusu bu həddə UEFA Millətlər Liqasının İspaniya - Fransa yarımfinalında nail olub.
Qarşılaşma İspaniyanın 5:4 hesablı qələbəsi ilə başa çatıb.
Yamal bu oyunda dubl edib. “Barselona”nın futbolçusu bundan əvvəl 16 yaşında da Fransa yığmasına qol vurmuşdu.
Beləliklə, Lamin Yamal 1958-ci ildən bəri Fransa yığmasına 18 yaşına qədər 3 qol vuran ilk futbolçudur.