Qazaxıstanın paytaxtı Astanada və ölkənin bir neçə regionunda sakinlər göydə sürətlə hərəkət edən işıqlı obyektlər müşahidə ediblər. Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Qazaxıstanın Müdafiə Nazirliyi səmadakı naməlum obyektlərlə əlaqədar bildirib ki, Qazaxıstan ərazisində hava məkanının pozulması faktı qeydə alınmayıb: “Vəziyyət müvafiq xidmətlərin nəzarəti altındadır. Əhali üçün heç bir təhlükə yoxdur. Bu hadisə atmosferə daxil olan kosmik aparat qalıqları və ya meteorit axınına bənzəyir. Adətən onlar sıx atmosfer qatlarında yanır və yer səthinə çatmır”.
Müdafiə Nazirliyi vətəndaşlara sakitliyi qorumağı və düzgün olmayan məlumatlar yaymamağı tövsiyə edib.