Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.
Publika.az xəbər verir ki, I, J və L qruplarında 6 matç baş tutacaq.
İtaliya seçmə mərhələdə ilk oyununu qrup lideri Norveçlə qarşılaşacaq. Belçika isə ilk sınağında əvvəlki 2 görüşdə 4 xal toplayaraq zirvədə qərarlaşan Şimali Makedoniya ilə üz-üzə gələcək. Xorvatiya isə seçmə mərhələdəki ilk oyununu L qrupunun autsayderi Cəbəllütariqə qarşı keçirəcək.
Qeyd edək ki, Azərbaycan milli komandası D qrupunda Fransa, İslandiya və Ukrayna seçmələri ilə mübarizə aparacaq. Millimiz seçmə mərhələyə sentyabrda start verəcək.
DÇ-2026: Seçmə mərhələ, Avropa zonası
I qrupu
22.45. Norveç – İtaliya
22.45. Estoniya – İsrail
Xal: Norveç – 6, Estoniya – 3, İsrail – 3, İtaliya – 0 (0 oyun), Moldova – 0.
J qrupu