AZ

Pezeşkian Ermənistana gedir – Paşinyanın arzusu reallaşacaqmı?

İran Prezidenti Məsud Pezeşkianın yaxın günlərdə Ermənistana – İrəvana rəsmi səfəri gözlənilir. Bu səfər bölgədə baş verən son geosiyasi proseslər fonunda xüsusi siyasi anlam daşıyır.
 
Yenisabah.az xəbər verir ki, Rəsmi Tehran bu addımı ilə həm öz regional maraqlarını qorumağa, həm də Cənubi Qafqazda mövqeyini gücləndirməyə çalışır.
 
İranın İrəvana bu səfəri, onun həm Ermənistan, həm də Azərbaycanla balanslı münasibətləri saxlamaq siyasətinin bir hissəsidir. Xüsusilə Zəngəzur dəhlizi məsələsi Tehranın həssaslıqla yanaşdığı mövzulardandır. İran bu layihənin həyata keçməsinin öz ərazi bütövlüyü və regional nüfuzu üçün təhdid olduğunu hesab edir. Pezeşkianın səfəri zamanı bu məsələnin də müzakirə olunacağı ehtimal edilir.
 
Paşinyana qarşı Qərb mesajı - Son aylarda Ermənistan hökuməti Avropa İttifaqı və ABŞ-la təhlükəsizlik və diplomatik əməkdaşlığı genişləndirib. KTMT-dən uzaqlaşma siqnalları, Qərblə inteqrasiya cəhdləri isə Rusiya və İran kimi regional güclərin narahatlığına səbəb olub. İran Prezidentinin bu səfəri, Paşinyan hökumətinə balanslı siyasət aparmaq barədə dolayı mesaj kimi qiymətləndirilə bilər. Tehran Ermənistanın tam Qərbə yönəlməsinin qarşısını almaq niyyətindədir.
 
Azərbaycan-Ermənistan arasında sülh danışıqları və sərhədin delimitasiyası fonunda baş tutacaq səfər, bu prosesə dolayı təsir göstərə bilər. İran bu mərhələdə vasitəçilik imkanlarını təklif etməyə, eyni zamanda, regional nəqliyyat layihələrinin öz maraqlarına uyğun tənzimlənməsini istəməyə çalışacaq.
 
Pezeşkianın İrəvana səfəri, həm də bölgədə fəal olan digər güclərə – xüsusilə Türkiyə və Rusiyaya ünvanlanan diplomatik siqnaldır. İran, Ermənistanla münasibətləri dərinləşdirməklə həm Türkiyənin normallaşma təşəbbüslərində ikinci plana düşmək istəmir, həm də Rusiyanın bölgədə zəifləyən təsirindən doğan boşluğu qismən doldurmağa çalışır.
Seçilən
107
8
moderator.az

10Mənbələr