Çilidə 6,4 maqnitudada zəlzələ olub.

İndex.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Atakama əyalətinin Dieqo de Almaqro qəsəbəsindən 52 kilometr cənub-qərbdə, zəlzələ ocağı 76,6 kilometr dərinliykdə yerləşib.

Dağıntı və ya tələfat qeydə alınmayıb.

Sunami təhlükəsi elan edilməyib.