AZ

Xüsusi məqamlar, maraqlı çıxışlar

Türk Dünyası Bakı Atatürk Liseyinin növbəti məzuniyyət törəni də yaddaşlarda bu cür qaldı

Hər il olduğu kimi bu il də Türk Dünyası Bakı Atatürk Liseyinin məzuniyyət mərasimi xüsusi məqamlarla, maraqlı çıxışlarla yadda qalıb.

Mərasim

Mərasim zamanı

Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilən mərasimdə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, Xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) başqanı Közhan Yazgan, Türk Düşüncə Mərkəzinin sədri Məlahət Qurbanova, rəssam Rəis Rəsulzadə, liseyin pedaqoji kollektivi, şagirdlər, valideynlər və ictimai-siyasi xadimlər iştirak ediblər.

Bayraq

Bayraq törəni

Tədbir Ulu Öndər Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kemal Atatürkün əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycanla Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Eylem

Eylem Gültekin

Sonra çıxış edən liseyin müdiri Eylem Gültekin qonaqları salamlayaraq məzunlara gələcək həyat yollarında uğurlar arzulayıb. O, dahi Atatürkün adını daşıyan liseyin məzunlarının Azərbaycan, türk dünyası üçün layiqli vətəndaş olacaqlarına inandığını deyib.

Sabir

Sabir Rüstəmxanlı

Xalq şairi Sabir Rüstəmxanlı da məzunları təbrik edərək, belə bir nüfuzlu liseydə təhsil almağın böyük üstünlük olduğunu vurğulayıb.

Ufuk

Ufuk Turganer

KKTC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer isə gənclərin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında oynayacaqları roldan bəhs edib.

Tənzilə

Tənzilə Rüstəmxanlı lisey birincisini təbrik edərkən

Məzunları təbrik edən TDAV başqanı Közhan Yazgan əmin olduğunu bildirib ki, bu günkü məzunlar gələcəyin savadlı kadrları olaraq iki qardaş ölkə arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etməsinə öz töhfələrini verəcəklər.

Kozhan

Kozhan Yazgan

Mərasimdə liseyin məzunları musiqili kompozisiyalarla çıxış ediblər.

Məzunların

Seçilən
231
16
turkustan.az

10Mənbələr