AZ

"Araz-Naxçıvan"ın qapıçısı oynadı, "Qarabağ"ın qolkiperi tamaşa etdi

BAKI. 7 iyun. TELEQRAF

"Qarabağ"ın futbolçusu Mateuş Koxalskipin Polşa millisinin heyətində Moldova ilə yoldaşlıq görüşündə debütü alınmayıb.

Teleqraf xəbər verir ki, baş məşqçi Mixal Probej 25 yaşlı qolkiperi oyunun sifariş ərizəsinə də daxil etməyib.

"Şlyonsk" stadionunda keçirilmiş matç Polşa yığmasının qələbəsi ilə yekunlaşıb - 2:0. Moldova millisinin qapısını "Araz-Naxçıvan"dan dəvət alan Kristian Avram qoruyub.

Bu oyun millidə 95 oyun keçirən yarımmüdafiəçi Kamil Qrositki ilə vida matçı kimi də əlamətdar olub. Yığmanın lideri Robert Levandovski istirahət etmək istədiyini bildirərək, yoldaşlıq görüşünə çağırılmamasını xahiş etsə də, qarşılaşmaya tamaşaçı kimi qatılıb. O, millidəki komanda yoldaşı ilə vidalaşanlar sırasında olub. Meydana start heyətində çıxan 37 yaşlı Qrositski 31-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Polşa millisi növbəti oyununu iyunun 10-da Helsinki şəhərində Finlandiyaya qarşı keçirəcək. 2026-cı il dünya çempionatının seçmə mərhələsinə təsadüf edən G qrupunun oyunu Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Qeyd edək ki, Latviya - Azərbaycan oyunu iyunun 7-də, Bakı vaxtı ilə saat 17:00-da Riqada yerləşən “Skonto” stadionunda keçiriləcək.

Seçilən
220
45
teleqraf.com

10Mənbələr