AZ

“O, futbolun əsl dəyərini təbliğ edir”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldonun verdiyi açıqlamaya münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı ulduz futbolçunun İspaniya millisi haqqında dediyi müsbət fikirləri yüksək qiymətləndirib:

"Kimlərin mənim üçün vacib olduğunu həmişə hiss etmişəm və onların sevgisini, etirafını qiymətləndirirəm. Ronaldonun sözləri mənim üçün çox dəyərlidir. Ona öz hörmətimi çatdırmaq istəyirəm. O, futbol əfsanəsidir, oyunun əsl dəyərlərini təbliğ edən biridir. Hamımız üçün nümunədir. Portuqaliya kimi bir komanda ilə oynamaq bizim üçün xoşbəxtlikdir. Onları arxasınca aparan bir liderlə qarşılaşmaq isə xüsusi bir imtiyazdır".

Qeyd edək ki, UEFA Millətlər Liqasının finalında Portuqaliya və İspaniya milliləri üz-üzə gələcək. Görüş 8 iyun tarixində Almaniyanın "Arena Münhen" stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Seçilən
188
12
90deqiqe.az

10Mənbələr