AZ

TƏCİLİ! Paşinyanın korteji QƏZAYA DÜŞDÜ - Yaralanan var

Paşinyanın korteji Sünikdən qayıdarkən qəzaya düşüb.

Musavat.com "Hraparak"a istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın korteji Sünik bölgəsindən İrəvana qayıdarkən qəza hadisəsi baş verib.

Hadisə Armaş kəndində qeydə alınıb. Bildirilir ki, qəza zamanı Yuriy Şahnazaryan adlı vətəndaşın avtomobili xəsarət alıb.

Məlumatlara görə, Paşinyan özü helikopterlə İrəvana qayıdıb, lakin onunla birgə hərəkət edən avtomobil korteji yüksək sürətlə yola davam edib. Bu səbəbdən qəzanın baş verməsi ehtimal olunur.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edildikdə, qurumdan bildirilib ki, qəzada iştirak edən patrul avtomobilinin Paşinyanın korteji ilə heç bir əlaqəsi yoxdur. Bununla belə, şahidlər hadisənin baş verən anda həmin yol sahəsində Paşinyanın kortejinin keçdiyini bildiriblər. Nazirlik əlavə araşdırma apardıqlarını, tezliklə rəsmi açıqlama yayacaqlarını qeyd edib.

Hadisəyə dair yeni detallar da üzə çıxıb. Baş nazirin sözçüsü yayılan məlumatı təkzib etsə də, Armaş kənd sakinlərindən biri mətbuata bildirib ki, Paşinyanın korteji keçən zaman yol bağlanıb və onun arxasında hərəkət edən avtomobillər toqquşub.

Toğrul İSMAYIL,
Musavat.com

Seçilən
282
50
musavat.com

10Mənbələr