AZ

Finlandiya Rusiyaya görə hərbi xərclərini artırır

BAKI, 9 iyun. TELEQRAF

Finlandiya Rusiyadan gələn təhdidlər fonunda müdafiə qabiliyyətini gücləndirmək məqsədilə müdafiə xərclərini artıracaq.

Teleqraf xəbər verir ki, bu barədə Finlandiya Baş nazir Petteri Orpo bildirib.

Baş nazir, ölkənin müdafiə büdcəsinin 2029-cu ilə qədər ÜDM-in 3%-i səviyyəsinə çatdırılacağını açıqlayıb.

Orpo bildirib ki, müdafiə xərclərinin hər il 1,5–2 milyard avro artırılması planlaşdırılır.

Baş nazir əlavə edib ki, artırılan büdcə əsasən quru qoşunlarının gücləndirilməsinə, şərq sərhədinin müdafiəsinə və hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsinə yönəldiləcək.

Seçilən
99
16
teleqraf.com

10Mənbələr